Rusiyada evdə baş verən yanğın zamanı ikisi uşaq olmaqla 5 nəfər ölüb

9 Yanvar 2022 14:52

Rusiyanın Kostroma vilayətində evdə baş verən yanğın nəticəsində 5 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Kostroma vilayətinin Şarya şəhərində Belozerskaya küçəsində taxta ev yanıb. Nazirlik yanğın zamanı evdə 6 nəfərin olduğunu bildirib:

"Hadisə yerindən 1987-ci il təvəllüdlü qadın tapılaraq həkimlərə təhvil verilib. Qadın təcili yardım maşınında dünyasını dəyişib. Yanğın söndürüldükdən sonra hadisə yerindən 2 uşaq və 2 kişi meyiti aşkarlanıb".

Milli.Az