Braziliyada qayanın uçması nəticəsində 5 nəfər həlak olub - VİDEO

9 Yanvar 2022 09:48

Braziliyanın şimalında Furnaş gölünün kənarında qayanın uçması 5 nəfərin ölümünə səbəb olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində azı 20 nəfər də itkin düşüb.

Sosial şəbəkədə yayılan videodan görünür ki, qaya parçası qoparaq qayıqların üzərinə düşüb. Bu zaman 2 qayıq suda batıb.

Hadisə yerinə dalğıclar cəlb olunub. Ölənlərin sayının artacağı istisna edilmir.

Milli.Az