Fernando Torresə 70 milyon funt ödəməyə hazır olan klub hansıdır?

5 May 2010 15:34
"The Daily Mail" qəzetinin yazdığına görə, rusiyalı oliqarx bunun üçün 70 milyon funt sterlinq ödəməyə hazır olduğunu bildirib. Məlumata görə, "Çelsi" rəsmiləri Abramoviçi ispaniyalı hücumçunun alınmasının vacibliyinə inandıra bilib. Komandanın və baş məşqçi Karlo Ançelottinin bu ilki işindən razı olan oliqarx bu üzdən Torresin transferinə pul ayırmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, hazırda "Liverpul"la 4 illik müqaviləsi olan ispaniyalı ulduz komandadan həftəyə 110 min funt sterlinq maaş alır.

Milli.Az