Türkiyə ilə ABŞ arasında F-35 müzakirəsi

8 Yanvar 2022 21:47

Yaxın günlərdə Türkiyə ilə ABŞ arasında F-35 qırıcıları ilə bağlı görüş baş tutacaq.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.

"F-35-lə bağlı ABŞ-la danışıqlar davam edir. Yaxın günlərdə ABŞ-da F-35-lə bağlı görüş keçiriləcək, hazırlıqlar gedir", - deyə türkiyəli nazir bildirib.

ABŞ Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyəni F-35 qırıcılarının tədarükü proqramından çıxarıb.

Milli.Az