Novruz Qartal Gəncədə dəfn olunacaq

8 Yanvar 2022 21:41

Əməkdar artist Novruz Qartal sabah Gəncədə İmamzadə qəbiristanlığında dəfn olunacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə mərhum aktyorun oğlu Elnur Əliyev məlumat verib.

Qeyd edək ki, Novruz Qartal uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat edib.

Milli.Az