Cəlilabadda ağır yol qəzası: 2 ölü, 3 yaralı

8 Yanvar 2022 21:14

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Qarazəncir kəndində qeydə alınıb.

"VAZ-2107" markalı minik avtomobilinin yol təmiri təyinatlı "Kon" markalı avtomobilinə çırpılması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az