Fuad Ələsgərovun qardaşı oğlu vəzifəsindən azad edildi

8 Yanvar 2022 19:47

Dövlət Gömrük Komitəsinin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov vəzifəsindən azad edilib.

Milli.Az bakupost.az-a istinadən bildirir ki, onun yerinə polkovnik Bəhruz Quliyev təyin olunub.

Qeyd edək ki, Ş.Ələsgərov Prezidentin köməkçisi Fuad Ələsgərovun qardaşı oğludur.

Milli.Az