Bayram gecəsi varlandılar

8 Yanvar 2022 18:12

Rusiyanın Ryazan vilayətinin sakinləri "Rus Lotto"nun yeni il buraxılışında ümumilikdə 1 milyon 18 min rubl (təxminən 23 min manat) qazanıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə xəbəri "Stoloto" şirkətinin mətbuat xidməti yayıb. 

Şəhər sakinlərindən biri isə 750 min rubl ( təxminən 17 min manat ) pul udub. 

Qeyd edək ki, rayon üzrə ümumilikdə 109 min 840 uduşlu lotoreya bileti alınıb. 

Milli.Az