"Taliban" qadınların hamama getməsini qadağan etdi

8 Yanvar 2022 17:06

"Taliban" Əfqanıstanın bəzi şəhərlərində qadınların hamamdan istifadəsini qadağan edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, xəbəri "Taliban"ın Fəzilətin Təbliği və Şərin Qarşısının Alınması Nazirliyinin rəsmisi açıqlayıb.

Qadınlar bu qərarın bütün ölkəyə yayılacağından qorxduqlarını bildiriblər.

Qeyd edək ki, soyuq qış aylarında ictimai hamamlardan istifadə edilməsi Əfqanıstanda köhnə ənənədir.

Milli.Az