Məşhur qarmon ifaçısı Elşən Dadaşovun evi yanıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Həmin Zaur" proqramında danışıb. O, heç kimin xəsarət almadığını bildirib:
"Hadisə ötən ayın 3-də qısaqapanma nəticəsində olub. Dördmərtəbəli evin 3 mərtəbəsi yandı. Əsas salamatlıqdır, heç kim xəsarət almayıb. Həmin vaxt evdə idik, ancaq balaca itlərimizi götürüb çıxa bildik".
Milli.Az