Abşeronda zəhərlənmə hadisəsi baş verib

8 Yanvar 2022 08:27

Abşeronda zəhərlənmə hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü İsmayılov Atabəy yaşadığı mənzildə dəm qazından zəhərlənib.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.

Milli.Az