Bakıda yeniyetməni motosiklet vurub

8 Yanvar 2022 08:08

Bakının Sabunçu rayonunda yol qəzası zamanı yeniyetmə ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

2006-ci il təvəllüdlü Babayev Fuad Fəxrəddin oğlu Savalan küçəsində yolun əks tərəfinə keçərkən onu motosiklet vurub.

Yeniyetmə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Milli.Az