Bakı sakinini avtomobil vurub

8 Yanvar 2022 08:43

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində baş verib.

1982-ci il təvəllüdlü Aşurov Toğrul Firdovsi oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Milli.Az