Rusiyanın Kemerovo vilayətində yerləşən "Zolotoy vek" pansionatında ölümlə nəticələnən yanğın baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, yaşlıların qalması üçün nəzərdə tutulan kommersiya xarakterli pansionatda alov 10 kv.m sahəni əhatə etsə də, 4 nəfər həlak olub.
48 nəfər təxliyə edilib. Yanğının söndürülməsinə 48 nəfər canlı qüvvə və 14 texnika cəlb olunub.
İlkin məlumatlara görə, yanğına səbəb qısaqapanma olub.
Yanğın söndürülüb.
Milli.Az