“Timsah Gena” mahnısının müəllifi vəfat etdi - VİDEO

7 Yanvar 2022 16:28

"Çeburaşka" cizgi filmindən "Timsah Gena"nın mahnısının yaradıcısı kimi tanınan sovet və rus şairi, ssenarist Aleksandr Timofeyevski vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə kinoşünas Sergey Kapkov bildirib.

A.Timofeyevski 1933-cü ildə Moskvada anadan olub. O, 1958-ci ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsini bitirib, 1963-1983-cü illərdə "Soyuzmultfilm"də redaktor vəzifəsində çalış.

O, cizgi filmlər üçün mahnı və ssenarilər yazıb.

Milli.Az