"İki qanunum var: birincisi peşəkar olmayan aktyor və aktrisa ilə oynamıram. Bu insanın incəsənətə yaxınlığı yoxdursa, deyirəm, sağ olun. İkincisi, yeməyim vaxtında gəlməlidir, qarınquluyam. Səhərdən axşama kimi yeyirəm".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Zarina Qurbanova "Səhər mərkəzi" proqramında deyib. Sənətçi film dəvəti alan zaman rejissorlardan istədiyi iki tələbini açıqlayıb:
"Dünyada belə bir təcrübə var: əgər müğənni filmə çəkilirsə, əvvəl ona dərs keçirlər. Sonra gətirirlər ki, çəkil. Bizdə o yoxdur".
Milli.Az