Türk Dövlətləri Təşkilatı Qazaxıstanla bağlı fövqəladə iclas keçirəcək

7 Yanvar 2022 14:37

Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin fövqəladə iclası keçiriləcək.

Təşkilatdan Milli.Az-a bildirilib ki, iclasın gündəmi Qazaxıstandakı son vəziyyətlə bağlı olacaq.

İclasın keçirilməsi ilə bağlı təşəbbüs təşkilata sədrlik edən Türkiyə tərəfindən irəli sürülüb. Yanvarın 11-də baş tutacaq iclas onlayn formatda keçiriləcək.

Milli.Az