Hamı Quranı oxuyub başa düşə bilər?

15 Yanvar 2022 20:50

Quran oxuyan hər kəs onu başa düşər. Lakin bu məsələ hər bir insanın bilik səviyyəsi, mədəni qabiliyyəti və tutumu ilə məhduddur. Belə ki, bir əkinçi və ya çoban da Quranı anlaya bilər, bir həkim, fizik və ya mühəndis də. Ancaq bunlar arasında hansının idrak qabiliyyəti və təcrübəsi daha çox isə o, daha çox şey əldə edəcək və daha yaxşı başa düşəcəkdir.

Quran hər bir müsəlmanın başa düşəcəyi səviyyədədir və bu onun öhdəliyidir. Çünki orda hamının bildiyi beynəlxalq doğrular insanlara çatdırılır. Amma Quranı başa düşmək başqa məsələ, ondan hansısa hökm isə çıxarmaq başqa bir məsələdir.

Hər insan fiqhi məsələdə Qurandan hökm çıxarmalı deyil; çünki bu onun öhdəliyi deyil. Qurandan hansısa hökm çıxarmaq alimlərin işidir. Alimlər də Quranı öz başlarına deyil, müəyyən metodlara əsasən təfsir edir, ondan hökm çıxarmağa çalışırlar.

Quranı izah edib açıqlamaqda Quranın özünün göstərdiyi metodlar var. Bu metod bir mütəxəssis heyəti tərəfindən tətbiq olunmalıdır. Bu heyəti təşkil edənlər Quranın izahlarını anlaya bilərlər.

Milli.Az