Nuh peyğəmbər əslində nə qədər yaşayıb?

15 Yanvar 2022 19:40

Allah belə buyurur:

"Göyləri və yeri yaratdığı gündən bəri Allah yanında - Allahın kitabında ayların sayı 12-dir. Bunlardan 4-ü haram aylardır. Bu, düppədüz bir hesabdır. Nəbadə, özünüzü bu aylarda yanlış bir şeyə atasınız (səhvə yol verəsiniz). O müşriklər sizinlə necə savaşırlarsa, siz də onlarla elə savaşın. Bilin ki, Allah qorunanlarla bərabərdir" (Tövbə, 9/36).

Bu ayəyə əsasən dünya yaradıldığı gündən bəri 1 il 12 aydan ibarətdir. Başqa sözlə, Nuh peyğəmbərin yaşadığı müddət 950 ay deyil, ayədə açıq-aydın bir formada bildirildiyi kimi 950 ildir. Biz bu məsələdə Şumerlərə dair məlumatı yox, Allahın kəlamında deyilənləri nəzərə almalıyıq.

Milli.Az