Göyçayda əksər kəndlərin rabitə təsərrüfatı tamamilə bərbad vəziyyətdədir. Abonentlərin vaxtı-vaxtında abunə pulunu ödəmələrinə baxmayaraq, telefon və internet xidmətlərindən istifadə etməkdə çətinlik çəkirlər.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Göyçayın ən böyük kəndlərindən olan Ləkçıplaqdan gedir.
Burada naqillər yerlə gedir, dirəklər isə ağac budaqları ilə əvəzlənib.
Rabitə xətlərinin çox hissəsinin yer səviyyəsindən 1 və ya 2 mert hündürlükdə, bəzi hissələrinin isə ağacların içindən keçməsi çətinliklərə səbəb olur.
Sakinlərin sözlərinə görə, bu cür vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər, amma nəticəsi olmayıb.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aztelekom" MMC- dən "Xəzər Xəbər"ə bildirdilər ki, rayon ərazisində bir neçə kəndlərdə, o cümlədən Ləkçıplaq kənddində rabitə xətləri və dirəklər sovetlər dönəmində çıkilib. Artıq bu cür problemlərlərdən xəbərdardırlar. Hazırda bir sıra işlər aparılır. Layihələr çərçivəsində telekommunikasiya şəbəkəsi yenilənir. Göyçay rayonunda da işlər plana uyğun olaraq davam etdirilir. Ləkçıplaq kəndinin və rayonun digər kəndlərinin sakinlərinin də keyfiyyətli və dayanıqlı xidmətlərlə tam təmin olunması üçün tələbata uyğun olaraq genişlənmə işlərinin aparılması nəzərdə tutulur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az