QAT Şuşanın işğalı gününün “İşğalçılara nifrət günü” kimi qeyd olunmasını təklif etdi
5 May 2010 15:22
Bu barədə Milli.Az xəbər portalına QAT-ın mətbuat xidmətindən məlumat verilib.
Qərara əsasən, həmin gün Bakıda və bölgələrdə Şəhidlər Xiyabanının ziyarət edilməsi, işğalçı Ermənistanın bayrağının, terrorçu rəhbərlərinin şəkillərinin yandırılması və digər tədbirlər nəzərdə tutulur.
QAT hesab edir ki, Şuşa Qarabağın simvolu, Azərbaycan mədəniyyətinin ən qədim və zəngin məkanlarından biri olduğuna görə, məhz həmin gündə işğalçılara nifrətin xüsusi şəkildə ifadə edilməsi məqsədəuyğundur: "Düşmənin xalqımıza qarşı törətdiyi cinayət və vəhşiliklər unudulmamalı, işğalçı ermənilərə qarşı nifrət və intiqam hissi gücləndirilməlidir".
Xatırladaq ki, 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Şuşa şəhərini işğal edib.
Milli.Az