Turistlərlə alverdən sonra halallaşmaq olar?

13 Yanvar 2022 22:20

Dinimizdə əsas odur ki, müsəlman olsa da, olmasa da, gərək heç kəsin haqqını yeməyəsən. Hətta müsəlman olmayanlara qarşı daha diqqətli olmaq lazımdır. Əks halda, sizin yol verəcəyiniz bir səhv onların gözündə İslam dininə və müsəlmanlara qarşı bir ləkə gətirə bilər.

Ticarət elə bir sahədir ki, burada həmişə xırda-para hesab işlərinə rast gəlmək olur. Bu kimi hallarda digər tərəfə (turist) mütləq məlumat vermək lazımdır. Əgər razı olsalar, heç bir eybi olmaz. Lakin əgər razı olmasalar, haqlarını mütləq surətdə ödəmək lazımdır.

Sualınızla əlaqədar başqa bir sual-cavabla buradan tanış olun

Milli.Az