Hədislərə inanmayan insanın hökmü nədir?

11 Yanvar 2022 23:50

Muhəmməd əleyhissəlama, digər peyğəmbərlərə verilən Kitab və Hikmətdən verilmişdir.

Quranı təbliğ etdiyi zaman Allahın elçisi vəsfi ilə təbliğ edər. O kitaba tərs bir şey deməz. Əgər deyərsə, Quranda bildirildiyi üzərə:

"Əgər o, Bizim adımıza bəzi sözlər uydurmuş olsaydı, Biz onun şah damarını qopararıq" (Haqqa, 44-45) ayəsilə xəbərdar edilir. Bu səbəblə Muhəmməd əleyhissəlam elçilik vəsfi ilə bir şey dediyi zaman müsəlmanların qeyidsiz-şərtsiz itaət etməsi lazımdı. Bunu da: "Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qə­­rarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür." (Əhzab, 36) ayəsindən görürük.

Hikmət isə Qurandakı ayələrədən və Allahın yaratdığı ayələrdən doğru hökm çıxarma qabiliyyətidir. Peyğəmbər bu ayələrdən çıxardığı hikmətləri tətbiq etmiş yəni, dini, dövləti gözəl idarə etmiş, qısa müddətdə dünyaya hakim olmuş və gözəl nümunə buraxmışdır. Biz də ondan rəvayət şəklində gələn bəzi sözlərini, əməllərini özümüzə nümunə götürürük.

Lakin, Muhəmməd əleyhissəlam, Quranın xaricində öz fikrini və ya hər hansı sözünü ifadə etdiyi zaman həmin sözün Qurana və ya mövcud vəziyyətə uyğun olub olmadığına baxmalıyıq. Belə ki, Muhəmməd əleyhissəlam da Quranın ifadəsilə bir bəşərdir. İnsan olaraq, xəta etməkdən Allah kimi münəzzəh deyildir. Belə ki, səhabə də Muhamməd əleyhissəlam bir şey deyəndə "bu sənin sözünmü yoxsa Allahınmı?" deyə sual edərdi.

Quranda Rəsul/elçiyə itaət şərti vardır. Amma Nəbiyə itaət şərti yoxdu.

Allah tərəfindən göndərilən hər insanın bir Rəsul/elçilik vəsfi və bir də Nəbi/peyğəmbərlik vəsfi vardır. Elçilik bir vəzifə, Nəbilik isə bir məqamdır. Elçilik vəsfini bizim nümunə almağımız[1], Nəbilik vəsfinə isə hörmət göstərməyimiz əmr edilir.[2]

Nəticə olaraq, Peyğəmbərimiz adından rəvayət edilən bir hədis əgər Qurana zidd deyilsə və ondan çıxan bir hikmət isə biz ona etiraz etməməliyik. Yox əgər zidd olarsa, kimdən rəvayət edilir edilsin, demək ki ya peyğəmbər adına uydurulmuş ya da səhv başa düşülən bir sözdü.

Milli.Az