Qurana uyğun rəvayət edilən hədislər hansılardı?

11 Yanvar 2022 22:40

Peyğəmbər əleyhissəlam adından Qurana tərs hədislər rəvayət edildiyi kimi, Peyğəmbər əleyhissəlam adından Qurana uyğun hədislər də rəvayət edilmişdir.

Qurana tərs hədislərin peyğəmbərimizə açıq şəkildə iftira olduğunda şübhə yoxdur. İstər Buxaridə istər Müslümdə istər hər hansı hədis mənbələrində keçsin, fərqi yoxdur.

Lakin, Qurana uyğun rəvayət edilən hədislər isə hardan gəlir gəlsin əgər Allahın kitabına tərs deyilsə, bizim üçün elmi yöndən, dini daha gözəl anlamaq yönündən köməkliyi ola bilər. Bunlardan bir neçəsini aşağıda göstərə bilərik:

-"Dini məsələdəki mübahisələrdə sizə Quran kifayətdir."[1] (Buxari, "Elm, 39.)

-"Bu (Quran) elə bir kitabdır ki, Allah onunla elçisini hidayət etmişdir. Bu kitaba bağlanın ki, hidayət olunasınız. Şübhəsiz ki Allah, elçisini onunla hidayət etmişdir."[2] (Buxari, "İtisam", had. 7269.)- buyrulmaqdadır.

-"Hər doğulan uşaq fitrət üzərə doğulur. Sonra ana atası onu Yəhudi, Xristian və ya Məcusi edər."[3] (Buhari, Tefsir (Rûm30.))

Şiə mənbələrində də oxşar hədislər mövcuddur. Məsələn;

-"Hər şey Qurana və sünnəyə[4] ərz edilir. Hər hansı bir hədis (!) də Allahın kitabına uyğun deyilsə, o, uydurma bir sözdür."[5]

- Əli (r.a.), dedi ki, "Rəsulullah əleyhissəlamdan eşitdim; Xəbəriniz olsun ki, bəzi fitnələr ortaya çıxacağını düşünürəm! dedi. Ya Rəsuləllah! O fitnələrdən xilas olmağın yolu nədir?" deyə, soruşdum. "Kitabullahdır!" dedi. Çünki, sizdən əvvəlkilərin xəbərləri də sizdən sonrakıların xəbərləri də aranızdakıların hökmü də ondadır. O, haqq ilə batılı ayıran dəqiq bir hökmdür, zarafat və boş şey deyil. Onu həddini aşıb tərk edənin Allah boyunu qırar. Hidayəti, doğru yolu ondan başqasında arayanı dəlalətə düşürür. Ona əsaslanaraq danışan, doğrulanır. Onunla əməl edən, əcr qazanır. Onunla hökm edən ədalətli olur. Ona dəvət edən doğruya və doğru yola dəvət etmiş olur."[6] buyurdu. (Tirmizî, c. 5, s. 172-1 73, Dârimî, c. 2, s. 312.)

- "Biz hədis yazarkən Peyğəmbər əleyhissəlam yanımıza gəldi və yazdığınız şey nədir? dedi. Səndən eşitdiyimiz hədislər (Sözlər) dedik. Peyğəmbər, Allahın kitabından başqa kitab istəyirsiniz? Sizdən əvvəlki millətlər Allahın kitabı yanında başqa kitablar yazdıqları üçün yoldan çıxdılar."- dedi.[7] (əl-Xətib, Taqyidul-elm, s. 32.)

[1] Bu hədis, Qurani Kərimin Nisə surəsi 59-cü ayəsinə müvafiqdir.

[2] Bu hədis, Qurani Kərimin Bəqərə surəsi 3-cü ayəsinə müvafiqdir.

[3] Bu hədis, Rum surəsi 30-cü ayəyə müvafiqdir.

[4] Sünnə, Qurandan çıxarılan hökmlərdir. Buna hikmət də deyə bilərik.

[5] Kuleynî, Usûl-u Kâfî, c. I, s. 89.

[6] Bu hədis, Qurani Kərimin Bəqərə 256 və Tarık 13-cü ayəsinə müvafiqdir.

[7] Bu hədis, Bəqərə 79 və Əli İmran 78-ci ayələrinə müvafiqdir.

Milli.Az