Azərtaş Fox TV-yə çıxacaq - VİDEO

7 Yanvar 2022 16:22

Tanınmış xəbər aparıcısı Lalə Azərtaş türkiyəli həmkarı Fulya Öztürkü İstanbulda ziyarət edib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, Lalə Fulyanın iş yerində baş tutan görüşdən görüntüləri instaqramda paylaşıb. O "Fulya ilə umudun olsun" proqramının bugünkü buraxılışında yer alacaq:

"İstanbulda olduğumu bildi, "proqramıma gəl" dedi. Nəhayət bu gün vaxt edib gəldim. Elə qarşıladı ki, Türkiyəyə hər gələndə, onu ziyarət edəcəm".

Qeyd edək ki, Fulyanın verilişi Fox TV-də ekrana gəlir.

Milli.Az