Pakistan prezidenti yenidən koronavirusa yoluxub

7 Yanvar 2022 13:46

Pakistan prezidenti Arif Alvi COVID-19-a yoluxub.

Ötən ilin martında xəstələnən dövlət başçısının testi yenidən müsbət çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə prezident özünün "Twitter" hesabından məlumat verib.

O, vətəndaşlardan karantin tədbirlərinə əməl etmələrini xahiş edib.

Qeyd edək ki, Alvi sonuncu dəfə 29 mart 2021-ci ildə koronavirusa yoluxub.

Milli.Az