Milad bayramında övladını tək qoyan valideynlər həbs edilib

7 Yanvar 2022 11:52

ABŞ-da 11 yaşlı oğlunu Milad bayramında tək qoyan valideynlər həbs edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Arizona polisinin məlumatına görə, Melissa Qrin və Bobbi Co Qrin uşağa qarşı zorakılıqda ittiham olunub.

Onların qonşusu polisə xəbər verib ki, cütlük uşağı evdə tək qoyaraq istirahətə yollanıb.

Məktəbli polisə bildirib ki, acından ölmür - soyuducuda dondurulmuş yeməklər var. Amma oğlan iki həftə məktəbə getməyib.

Melissa və Bobbi dekabrın 30-da evə qayıdarkən həbs olunub.

Cütlük indi "Cochise County" həbsxanasındadır və istintaqın nəticəsini gözləyir.

Milli.Az