Rusiyada spirtdən kütləvi zəhərlənmə - 9 nəfər öldü

8 Yanvar 2022 20:22

Rusiyada metil spirtindən kütləvi sayda insan zəhərlənib.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Hadisə Tümen şəhərində baş verib. Bildirilir ki, şəhərin bəzi yerlərində lisenziyasız metil spirti satılıb.

Zəhərlənənlərdən 9-u vəfat edib.

Hadisəyə görə artıq dörd nəfər artıq saxlanılıb.

Milli.Az