Qazaxıstanın Almatı şəhərində atışma başlayıb.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı hadisə yerindən "TASS" agentliyinin müxbiri verib.
Bunun ardınca müxbirlə əlaqə kəsilib.
Şahidlərin sözlərinə görə, Almatıda güclü partlayış səsləri eşidilir.
Qeyd edək ki, bu gün səhər saatlarında da Almatıda hərbçilər və silahlı kütlə arasında intensiv atışma baş verib.
Milli.Az