Gənc fəallar Qasım Süleymaninin heykəlini yandırdı - VİDEO

6 Yanvar 2022 14:36

İranın Kordşəhr bölgəsində İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri üzrə keçmiş komandanı general Qasım Süleymaninin yeni ucaldılan heykəli yandırılıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər və məlumat "Azad İran" "Telegram" kanalında yayımlanıb. İddialara görə, heykələ gənc fəallar od vurublar.

Milli.Az