Almatıda polisin başını kəsdilər

6 Yanvar 2022 13:24

Qazaxıstanın Almatı şəhərində baş verən qarşıdurmalarda 12 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanı əməkdaşının meyiti başı kəsilmiş halda tapılıb.

"Almatıda qətlə yetirilən asayiş keşikçisi başı kəsilmiş halda tapılıb, bu, dəstələrin terrorçuluğuna sübutdur", - deyə komendaturadan bildirilib.

Daha 353 nəfər güc strukturları əməkdaşının xəsarət aldığı bildirilir.

Milli.Az