Roza: "Sevməyə başlamışam"

6 Yanvar 2022 15:00

"Mən artıq özümü sevməyə başlamışam".

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, bunu müğənni Roza Zərgərli "ATV Səhər" proqramında qonaq olarkən deyib.

R.Zərgərli fikrinə belə davam edib:

"Bu ilə qədər qurban verirdim. Doğmalarım, ətrafım, valideynlərim, övladlarım, keçmiş də olsa, həyat yoldaşım gözəl olsunlar. Məndə olmasa da , eybi yoxdur. İndi isə özümü sevməyimin, özümə zaman ayırmağımın vaxtıdır. Özümü sevdikcə mükəmməl işlər ortaya çıxacaq".

Milli.Az