"Populyar olan hər şeyə qarşıyam"

6 Yanvar 2022 09:54

Hazırda "Aziz" serialında rol alan aktrisa Damla Sönməz "Gardirob" saytına müsahibəsi zamanı səmimi açıqlamaları ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa populyar olan hər şeyə qarşı olduğunu deyib:

"Daha çox içində rahat olduğum şeyləri geyinirəm. Birdən-birə populyar olan hər şeyə qarşı qəribə bir qarşıdurmam var. Ona görə də yeni çıxan və hər kəsin üzərində gördüyüm paltarlara öyrəşməyim uzun vaxt aparır".

Milli.Az