İlqarın oğlu əsgərlikdən qayıtdı - VİDEO

6 Yanvar 2022 11:18

Aparıcı İlqar Mikayıloğlu və Zülfiyyə Bayramovanın hərbi xidmətdə olan övladı Nahid qayıdıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Z.Bayramova sosial şəbəkədə məlumat verib. Sevincdən oğlunun qucağına atılan ana hisslərini belə ifadə edib:

"Ura! Nahidim gəldi! Söz verdiyi kimi, qalib əsgər kimi gəldi! Allah bütün balaları qorusun, analar bax beləcə sevinsin".

Qeyd edək ki, cütlüyün Ceyhun adlı daha bir oğlu var.

Milli.Az