Əməkdar artist onu toya çağırmayan həmkarından küsdü

6 Yanvar 2022 14:00

Əməkdar artist Rühəngiz Allahverdiyeva müğənni Nadir Qafarzadədən küsüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb Nadirin onu oğlunun toyuna çağırmaması olub.

Bu haqda Qafarzadə özü deyib. O bildirib ki, əslində R.Allahverdiyevanı məclisə dəvət edib:

"İlk çağırdığım sənət adamlarından olub. 2 ay əvvəl ona yazmışam. Hətta "WhatsApp"dan göndərmişdim. Oxumayıb. Özünə dedim ki, məndən küsməyin, gedin mesajımı oxuyun. Mənim müəllimim olub, necə dəvət etməyə bilərəm?".

Milli.Az