Bakıda avtomobil 34 yaşlı kişini vurub

6 Yanvar 2022 08:47

Bakıda avtomobil 34 yaşlı kişini vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Əkbərov İlham Elman oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Milli.Az