Bakıda gənc qızı avtomobil vurub

6 Yanvar 2022 08:12

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza metronun Koroğıu stansiyasının qarşısında baş verib.
1999-cu il təvəllüdlü Həsənova Lamiyə Elxan qızı piyadalar üçün müəyyən edilməyən hissədən keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az