Ağstafada qadın dəm qazından zəhərlənib

6 Yanvar 2022 08:38

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Həsənsu kəndində baş verib.

1983-cü il təvəllüdlü Sevinc Osmanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 39 yaşlı qadın yaşadığı evin yataq otağında qazdan zəhərlənib.

Milli.Az