Etirazçılar Almatı hava limanına daxil olub

5 Yanvar 2022 22:40

Etirazçılar Qazaxıstanın Almatı şəhər hava limanına daxil olublar. 

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. "Etirazçılar sərnişinləri terminaldan qovdular. Dedilər ki, onlara toxunmayacaqlar", - deyə hava limanı əməkdaşı sayta açıqlamasında bildirib.

Mənbənin sözlərinə görə, hava limanı mərkəzi girişdən "sakit və dinc şəkildə tutulub", işçilər buraxılıb, başqa növbəyə icazə verilib.

Milli.Az