ABŞ-da yaşayış binasında baş verən yanğında 13 nəfər ölüb

5 Yanvar 2022 20:54

ABŞ-ın Filadelfiya (Pensilvaniya) şəhərində yaşayış binasında baş verən yanğında 13 nəfər həlak olub.

Bu barədə Milli.Az "Report"a istinadən xəbər verir.

Hadisə üçmərtəbəli binada qeydə alınıb. Onun lokallaşdırılması təxminən 50 dəqiqə çəkdi.

Yanğının mənbəyi və səbəbi hələ müəyyən edilməyib, yanğınsöndürənlər hadisə yerində işlərini davam etdirirlər.

Milli.Az