Azərbaycanda COVID-19-un Omicron ştamı aşkarlanıb? - AÇIQLAMA

5 Yanvar 2022 18:24

Azərbaycan Respublikasında yayılmış SARS-CoV-2 virusunun genetik xüsusiyyətlərinin müəyyən edilməsi məqsədilə hazırda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Tibbi Genetika bölməsində sekvenləşdirmə çalışması aparılır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu çalışmada üstünlüyü sanitar-epidemioloji xidmətin araşdırmasına əsasən "xaricdə yoluxan" kimi dəyərləndirilmiş COVID-19 PZR test nəticəsi pozitiv olan şəxslər təşkil etməklə, xəstəliyə təkrar yoluxmuş şəxslər, eləcə də təsadüfi seçim əsasında populyasiya arasından COVID-19 PZR test nəticəsi pozitiv olan şəxslərin nümunələri tədqiq edilir.

Diqqətə çatdırılıb ki, bu günədək aparılmış çalışmada Omicron variantı ilə uyğun nəticələr aşkar edilməyib.

Milli.Az