"Sadakatsiz" serialının ulduzlarından biri olan Berkay Ateşin başına iş gəlib.
Milli.Az Olay-a istinadən xəbər verir ki,aktyorun sürücülük vəsiqəsi 6 ay müddətinə əlindən alınıb. Buna səbəb Berkayın sərxoş halda maşın idarə etməsi olub.
Polis tərəfindən saxlanılan sənətçi bölməyə aparılıb. O, ifadəsində "Bu qədər içkili olduğumu bilsəydim, sükan arxasında əyləşməzdim. Peşmanam",-deyə söyləyib.
Milli.Az