"Evdəkilərə salam" proqramı Əməkdar artist Könül Kərimovanın evində qonaq olub.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, çəkiliş müğənninin dördmərtəbəli villasında aparılıb. Sözügedən villanı ifaçı 2016-cı ildən satışa çıxarıb. İfaçı hələ də mənzilini sata bilməyib.
Qeyd edək ki, K.Kərimova "Bu evi satışa çıxartmalı olmuşam. Bir az əziyyət çəkirik, səs-küy var. Sənət adamları sakit yerdə yaşamalı, səsdən uzaq olmalıdırlar. Hələ bu evə yeni köçəndə qonşular mənim mahnıma yüksək səs verib, maşınla o başa, bu başa gedirdilər" açıqlamasını vermişdi.
Milli.Az