Lənkəranskinin yaxın adamı xərçəngdən öldü

5 Yanvar 2022 19:00

56 yaşlı "qanuni oğru" Çiro Şoniya Yunanıstanda vəfat edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, kriminal aləmdə "Çiro Qalskiy" kimi tanınan "qanuni oğru" xərçəngdən dünyasını dəyişib.

Xatırladaq ki, azərbaycanlı kriminal avtoritet "Rövşən Lənkəranski"nin yaxın tərəfdarlarından biri olub.

Milli.Az