Türkiyə Ordusu 3 PKK terrorçusunu məhv edib

5 Yanvar 2022 15:30

Türkiyə hərbçiləri Suriyanın şimalında daha 3 PKK/YPG-li terrorçusunu zərərsizləşdiriblər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Qeyd olunub ki, terrorçular "Barış Pınarı" və "Fırat Kalkanı" əməliyyatlarının keçirildiyi ərazilərdə məhv ediliblər.

Milli.Az