Ermənistanda COVID-19-dan ölənlərin sayı 8 minə yaxınlaşıb

5 Yanvar 2022 17:42

Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 129 yoluxma halı qeydə alınıb.

Ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 345 255 nəfərə çatıb.

Son sutka ərzində infeksiyadan 3 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 7989 nəfərə yüksəlib.

Milli.Az