Gürcüstanda COVID-19-a yoluxanların sayı 945 mini ötüb

5 Yanvar 2022 14:06

Gürcüstanda ötən sutkada daha 3 436 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 945 609-a, ölənlərin sayı isə 14 041-ə çatıb.

Son 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 1 805 nəfər artaraq 906 708 olub.

Milli.Az