Bakıda arvadını balta və bıçaqla öldürən şəxsin FOTOları

5 Yanvar 2022 10:48

Ötən gün Əhmədli qəsəbəsində ər arvadını balta və bıçaqla qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən Orxan Alıyev tutularaq istintaqa cəlb olunub.

Milli.Az Manset.az-a istinadən sözügedən şəxsin fotolarını təqdim edir.

Xatırladaq ki, Xətai Rayon Prokurorluğu yanvarın 4-ü saat 15 radələrində 1991-ci il təvəllüdlü Həmidə Həsənovanın yaşadığı evdə öldürülməsi barədə daxil olan məlumat əsasında araşdırma aparıb.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Orxan Alıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Həmidə Həsənovaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az