Maskaya görə mağazaya buraxılmayan qadından ŞOK DAVRANIŞ: Heç kim inanmadı - FOTOlar

5 Yanvar 2022 12:06

Argentinanın Mendoza şəhərində tibbi maska taxmadığı üçün dondurma satılan mağazaya buraxılmayan qadınla işçilər arasına gərginlik yaşanıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, içəri buraxılmayan qadın gözlənilməz davranışı ilə hamını heyrətləndirib. O, mağazanın girişində soyunaraq, paltarından maska kimi istifadə edib. Nəticədə o mağazaya girməyə müvəffəq olub. Alt paltarla növbədə qalan qadın dondurma alandan sonra ərazidən uzaqlaşıb.

Milli.Az