Yasamalda 26 yaşlı qız dəm qazından zəhərlənib

4 Yanvar 2022 22:21

Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Mustafa Sübhi küçəsində qeydə alınıb.

1996-cı il təvəllüdlü Ələsgərova Könül Şamil qızı yaşadığı evdə dəm qazından zəhərlənib. Xəsarət alan gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az